Nazir müavini: Bu il Dövlət Proqramı çərçivəsində 500 tələbə xaricdə təhsil alacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
"Xaricdə Ali Təhsil üzrə Dövlət Proqramı çərçivəsində artıq iki mindən çox gəncimiz dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb".
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
“Bu, ilk növbədə, dövlətimizin gənclərə olan inamının təzahürüdür. Bu, gənclərimizin böyük potensiala və böyük imkanlara malik olduğunun sübutudur. Hesab edirik ki, bu ali təhsil müəssisələrində təhsil alan gənclərimiz geri döndükdən sonra ölkəmizin inkişafına töhfə verəcək və hamımızı sevindirəcəklər”, - nazir müavini deyib.
O qeyd edib ki, bu il proqram çərçivəsində təhsil almaq üçün 500 tələbə seçilib: “Onlardan 155-i dünyanın ilk 10 ən yaxşı universitetində təhsil alacaq. Amma hər kəs bilir ki, digər tələbələrimizin də qəbul olunduğu proqramlar dünyada ən rəqabətli proqramlardır. Onların bu proqramlarda təhsil almaq üçün seçilməsi onu göstərir ki, Azərbaycanda artıq istər ümumi təhsil, istərsə də ali təhsil səviyyəsində magistratura təhsili üzrə xaricdə təhsilini davam etdirəcək gənclərin hazırlanması istiqamətində böyük iş görülüb. Həmin gənclərin yüksək səviyyədə hazırlığı təmin olunub ki, onlar təhsillərini heç bir maneə və çətinlik olmadan xaricdə davam etdirə bilirlər. Biz bunun hər il artdığını görür, bundan qürur duyuruq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















