Icma.az
close
up
RU
Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub

Nazir müavini Firudin Qurbanov Lənkəranda təhsil müəssisələrində olub

Icma.az, 525.az saytına istinadən bildirir.

Noyabrın 21-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Lənkəran rayonuna səfər edib.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.

Səfərin əvvəlində nazir müavini Firudin Qurbanov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

Sonra Firudin Qurbanov Lənkəran şəhəri 7 nömrəli körpələr evi-uşaq bağçasında olub, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, yaradılmış şərait və uşaqların inkişafı üçün formalaşdırılmış imkanlarla maraqlanıb.

Nazir müavini Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin vəziyyəti ilə tanış olub. Pedaqoji kollektiv və şagirdlərlə görüşüb. İdman zalı, kitabxana, bufet və sinif otaqlarına baxış keçirib. Nazir müavini tədris prosesi ilə tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.

Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib. Müzakirələrdə müəllim fəaliyyətində məsuliyyətin artırılması, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması kimi məsələlər diqqət mərkəzində olub.

Nazir müavini bildirib ki, müasir dövrdə müəllimin rolu dəyişir. Müəllim şagirdlərə kömək etməli, istiqamət verməli və onların marağını cəlb etməlidir.

Daha sonra Firudin Qurbanov Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir müavini çıxışına ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə yüksək dəyəri təcəssüm etdirən sözlərini xatırladaraq başlayıb və əlavə edib ki, müəllimlik peşəsi ali bir missiyadır, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə müəllimlər daim öz üzərlərində çalışmalıdırlar. Noyabr ayında xüsusi əlamətdar günləri qeyd etdiyimizi bildirən Firudin Qurbanov 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında dövlət-ordu-xalqın “Dəmir yumruq” kimi birləşməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunmasına diqqət çəkib. Nazir müavini Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını vurğulayıb və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüş çərçivəsində “Qarabağa təhsil qayıdır”, “Müasir təhsil imkanları - yeni dövr və yeni perspektivlər”, “Dünyəvi tendensiyalar müasir təhsildə”, “Hibrid və sosial mediada təhsil”, “IV texnoloji inqilab”, “Təhsilin təcrübə ilə birləşdirilməsi”, “Müəllimin rolunun dəyişməsi və yeni peşələr”, “STEAM təhsili və festivalı”, “Uşaq və şagirdlərin yaradıcılıq fəaliyyəti, sağlamlığı və təhlükəsizliyi”, “Tələbələrin işlə təmin olunması” mövzularından danışılıb.

Nazir müavini işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə məlumat verib və bildirib ki, ölkəmizin qarşısında duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.

Görüş zamanı Firudin Qurbanov Lənkəran şəhər Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbinin SAF 2025 festivalında qalib olan şagirdlərini təbrik edib.

Nazir müavini bildirib ki, müasir dünyada bilik və bacarıqlar əldə etmək həyati zərurətdir. Yalnız bilikli, yaradıcı və sağlam mənəviyyatlı gənclər ölkəmizin əsas gücü olacaq.

Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri