Icma.az
close
up
RU
Nazir müavini: Türkiyə COP29da təqribən 1800 nəfərlə iştirak etdi

Nazir müavini: Türkiyə COP29da təqribən 1800 nəfərlə iştirak etdi

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"COP29 başladığı gündən Azərbaycandayıq. Türkiyə prezident, nazirlər, millət vəkilləri səviyyəsində, həmçinin universitetlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən, ümumilikdə isə bütün sektorlardan təqribən 1800 nəfərlə konfransda iştirak etdi. Bu da həqiqətən yüksək göstəricidir. Azərbaycana, COP29 sədrliyinə sonuna qədər dəstək verəcəyik".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank söyləyib.

O bildirib ki, Azərbaycan COP29 müddətində bütün qonaqlarını ən yüksək səviyyədə qəbul etdi, möhtəşəm ev sahibliyi həyata keçirdi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan öz fərqini ortaya qoyub. Nazir müavini COP29-a qatılan qonaqların sayının çox olduğunu bildirib.

"COP29-dan əsas gözləntilərimiz maliyyə ilə bağlıdır. Bu, dünyada inkişaf etmiş ölkələrin az inkişaf etmiş ölkələrə göstərdikləri maliyyənin artırılması yönündədir. Bununla bağlı böyük inam var, eləcə də müzakirələr davam edir. İnanırıq ki, müzakirələr müsbət sonluqla yekunlaşacaq", - deyə Fatma Varank vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq nazirlikləri ilə birgə iqlim dəyişmələrinin təsirləri barədə ciddi layihələr var və hazırda məsləhətləşmələr aparılır.

"Bütün məsələlərimizi birgə müzakirə edirik. Həm Azərbaycanın bizə, həm də Türkiyənin Azərbaycana verdiyi töhfələr var", - deyə Fatma Varank bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Noyabr 2024 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see206

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see123

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri