Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 31 yanvar, AZƏRTAC
Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, 2008-ci ildən etibarən Azərbaycanda orqan transplantasiyası əsasən canlı donorlardan icra olunub və bu sahədə mühüm təcrübə formalaşıb: “Meyit donordan orqan transplantasiyasına keçid isə yalnız hüquqi, institusional və tibbi baza formalaşdırıldıqdan sonra mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə “Orqan transplantasiyası haqqında” yeni qanunun qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi əsasını yaradıb və sonrakı bütün mərhələlərin başlanğıc nöqtəsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 31 Yanvar 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















