Nazir müavini: Yaxın 5 ildə dünyada 170 mln. yeni iş yeri yaradılacaq
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda qlobal miqyasda texnoloji tərəqqi, süni intellekt, avtomatlaşdırma, böyük verilənlərin analizi və rəqəmsal platformaların yayılması işçi qüvvəsinə olan tələbləri köklü şəkildə dəyişir.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, Dünya İqtisadi Forumunun 2025-ci il “Gələcəyin Peşələri” (Future of Jobs) hesabatına əsasən, 2030-cu ilə qədər 92 milyon iş yeri ləğv ediləcək, lakin 170 milyon yeni iş yeri yaradılacaq ki, bu da xalis 78 milyon artım deməkdir:
“Bu hesablamalar göstərir ki, əmək bazarında rentabelli qalmaq üçün bacarıqların transformasiyası və yenidən ixtisaslaşma mütləqdir”.
S.Bəşirli vurğulayıb ki, Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması diqqət mərkəzində saxlanılır, dövlət-özəl sektor əməkdaşlığı gücləndirilir, innovasiya ekosistemi yaradılır, texnoparklar, startap proqramları və rəqəmsal bacarıqlar üzrə təlim layihələri həyata keçirilir.
“Hər bir qurum üçün bacarıqların akkreditasiyası və “ömürboyu öyrənmə” prinsipinin təşviqi dövrün ən əsas prioritetlərindəndir”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















