Icma.az
close
up
RU
Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Naxçıvan Yol Təchizat” MMC dünən iki tenderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, sözügedən qurum Naxçıvanda bir sıra işləri həyata keçirəcək.

Tenderlərdən birinə əsasən MMC Babək, Culfa, Ordubad, Kəngərli və Şərur rayonları ərazilərində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınmasıni həyata keçirəcək. “AQROMAN” MMC ilə bağlanılmış müqaviləyə əsasən bu işləri 1 milyon 285 min 628 manata reallaşdıracaqlar.

MMC-nin ikinci tenderi isə metal baryerlərin satınalınmasından ibarətdir. Bununla bağlı “MARKA METAL ƏRİTMƏ” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri isə 160 min 599 manatdır.

Məsələ ilə bağlı tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, “Naxçıvan Yol Təchizat” MMC-nin 1.2 milyon manatlıq müqavilə bağladığı “Aqroman” şirkəti heç də kiçik adama məxsus deyilmiş. Belə ki, “Aqroman” MMC (VÖEN – 1202544661) Rəfiyev Müzadil İlqar oğluna MƏXSUSDUR. Bu şəxs hazırda şirkətin qanuni təmsilçisidir.

Açıq mənbələr üzərindən aparılan araşdırma zamanı bəlli olub ki, Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır.

Bundan başqa, “Laguna Group” MMC də eyni ünvanda qeydiyyata alınıb. Bir sıra iri tenderlərin qalibi olan bu şirkətin rəhbəri Qarayev Ərtoğrul Hafiz oğlunun isə Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.

Xatırladaq ki, Yalçın Rəfiyev 2019-cu ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. 8 sentyabr 2023-cü il tarixindən xarici işlər nazirinin müavini təyin olunub.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri