Nazir müavininin Bakıda görüşdüyü amerikalılar kimdir? Vaşinqtondan gələn heyət haqda detallar
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
12 yanvar 2026-cı il tarixində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, hörmətli Səmədəddin F. Əsədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl B. Kressin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini Bakıda qarşılayıb.
Bu əlamətdar ikitərəfli görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində keçirildi. Burada qarşılıqlı ticarət, sənaye və regional iqtisadi layihələr müzakirə edildi.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlığın getdikcə daha məhsuldar olmasından məmnunluğunu ifadə etdi. İki rəsmi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında dəmir yolu infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar və süni intellekt tətbiqləri üçün məlumat mərkəzlərinin tikintisi sahələrində gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşdülər.
Dyuk Universitetinin (ABŞ) Maastrixt İdarəetmə Məktəbində (MSM) və Fuqua Biznes Məktəbində təhsil almış Cənab Səmədəddin Əsədovun iştirakı ilə keçirilən bu görüş 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Donald Trampla tarixi görüşü zamanı formalaşan Vaşinqton və Bakı arasında əməkdaşlığın əsas istiqamətlərini vurğulayır.
12 yanvar 2026-cı il. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Səmədəddin Əsədov Karl Kressin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini Bakıda qəbul edib.
Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda Xarici İşlər nazirinin müavini Elnur Məmmədov da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. Görüşdə ölkələr arasında enerji, ticarət, regional əlaqələr, o cümlədən TRIPP marşrutu, iqtisadi investisiyalar, eləcə də Azərbaycanla bağlı müvafiq infrastruktur və logistika maraqları olan ABŞ özəl sektor nümayəndələrinə məlumatların çatdırılması kimi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu vacib ikitərəfli görüşlər və danışıqlar ayrı-ayrı qurumlarda ötən il avqustun 8-də Vaşinqton Sülh Zirvəsində formalaşan Strateji Tərəfdaşlıq Xartiyasının çərçivəsini möhkəmləndirmək məqsədilə keçirilir.
Bundan əlavə, ölkənin bərpa olunan enerji resurslarının inkişafına, Orta Dəhlizdə ticarət yollarının şaxələndirilməsinə, eləcə də Azərbaycandakı mövcud əlverişli biznes və investisiya mühitinə, o cümlədən yeni münasibətlərin qurulması imkanlarına diqqət ayrılması ilə regionun enerji təhlükəsizliyindəki rolu artırılıb.
Piter M. Teys
Bu müzakirələrin mərkəzində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) durur və Bakının diplomatiyası və iqtisadi siyasəti Cənubi Qafqaz və Şərqi Avropanın daha da inkişaf etməsi və sülhün təmin olunmasında əsas rol oynayır.
Yerli mətbuata istinadən, Azərbaycan dövlət qurumlarının TRIPP infrastrukturunun inkişafına korporativ investisiyaları, eləcə də bərpa olunan enerji layihələrində iştirakı araşdırmaq üçün ABŞ-ın özəl sektor qurumları ilə yeni tərəfdaşlıq əlaqələri qurmaq potensialı artmışdır.
Avrasiyanın mərkəzində yerləşən Azərbaycan strateji mövqeyilə Cənubi Qafqazda böyük iqtisadi potensiala malik bir dövlətdir və regional iqtisadi təşəbbüsləri, enerji iqtisadiyyatı və təhlükəsizlik strategiyası və dinamikası sahəsində hökumət misilsiz fəaliyyət göstərir. Bu geosiyasi amillər Prezident Trampın Qərb yarımkürəsində, Yaxın Şərqdə və Cənubi Asiyada yeni qüvvələr nisbətini formalaşdırdığı bir vaxtda Vaşinqtonun Bakı ilə əlaqələrini gücləndirir.
Amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teys
Tərcümə etdi: Gülnar Səlimova
Baxış sayı:108
Bu xəbər 15 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















