Icma.az
close
up
RU
Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir Natiq Cəfərli

Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir Natiq Cəfərli

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanda nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir. Bu haqda necə fikirləşib, nədən bu qərara gəliblər, bunu indiyənə qədər anlaya bilmirəm".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında işıq və qaz ilə bağlı sabit tarif təklifi ilə danışn iqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, işıq və qazda limitlərin ləğv gözlənilən məqamda belə qərarın verilməsi gözlənilməzdi:

"Bizim gözləntimiz işıqda və qazda limitlərin ləğv olunmasi idi. Çox güman ki, limitlər ləğv olunacaq. Amma ehtimal ki, müxtərif tarif paketləri də əlavə olunacaq ki, bu da istər-istəməz qiymət artımına səbəb olacaq".

İqtisadçı qeyd edib ki, dövlət şirkətinin elektrik və ya qaz xəttinin çəkilməsinə xərclədiyi vəsaiti abonentdən aylıq şəkildə alması əsas hədəfdir:

"Təklif ondan ibarətdir ki, dövlət şirkəti qazın və yaxud da işığın elektrik enerjisinin mənzilə qədər çəkilməsinə vəsait xərcləyir, sayğaç quraşdırır. Amma siz evdə yaşamırsınızsa, o infrastruktura çəkilən xərci sabit tariflə ödəməlisiniz. İndi bu 5 manat olacaq, 1 manat olacaq bilinmir, amma hər halda aylıq əlavə işlətdin-işlətmədin qaza və işığı elektrik enerjisinə pul verməli olacaqsınız. Bu çox mənasız bir yanaşmadır, çünki o infrastruktur üçün vəsait daha çox dövlət büdcəsindən ayrılır. Və dövlət büdcəsindən də biz hamımız vətəndaş olaraq vergilərimizlə pay sahibiyik və bizim vergiləri hesabına da o infrastruktur çəkilir, qurulur".

Natiq Cəfərli deyib ki, vətəndaşlar keyfiyyətli xidmət istəyir:

Bundan başqa, bizim üçün istehlakçı olaraq fərqi nədir ki, dövlət şirkəti olsun ya özəl şirkəti olsun, biz daha keyfiyyətli xidmət almaq istəyirik, mal və məhsul almaq istəyirik. İstehlakçı olaraq bizim üçün təbii inhisarçıların olmasının o qədər də əhəmiyyəti yoxdur. Sadəcə problem odur ki, bizim alternativimiz yoxdur. Yəni təbii inhisarçılar elektrik, su və qazın qiymətlərini, tarifləri istədiyi qədər artıra bilirlər. Bizim alternativimiz yoxdur ki, başqa bir təchizatçıya müracət edək. Amma təklif olunan məntiqi götürsək, ki, məsələn, biznesdə də elə davranılmaldır? Məsələn, kimsə mağaza tikir, ora infrastruktur qurur, ora pul xərcləyir və mağazaya kimsə daxil olur. Heçnə almadan mağazadan çıxan olduğu halda onun qarşısını kəsib, mən mağazama pul xərcləmişəm, buraları tikmişəm, nə olsun heçnə almamsan? Heç olmasa kasaya 5 manat və 1 manat ödəniş elə. Yəni bu aşağı yuxarı belə yanaşmadır. Çox məntiqsiz, yanlışdır. Ümid edirəm ki, bu təklif keçməyəcək".

Qeyd edək ki, Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər. Bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Günel Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri