Nazir müşavirini vəzifəsindən azad etdi FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinin müşaviri vəzifəsindən azad edilib.
Redaktor.az qaynarinfo.az-a istinadla xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi sədrinin müşaviri Rəhimli Səftər Mikayıl oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. Bu barədə nazir Sahil Babayevin əmr imzalayıb.
Ötən ilin mart ayında müşavir təyin olunan Səftər Rəhimli bu vəzifədən əvvəl Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri olub.
Sabiq müşavir Mədəniyyət Nazirliyində vəzifəyə təyin ediləcək.
Qeyd edək ki, bu ilin may ayında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub. Onun yerinə Sadiq Əliyev gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















