Icma.az
close
up
RU
Nazir: “Orta Dəhliz illik 75 milyard dollarlıq ticarət dövriyyəsi potensialına malikdir”

Nazir: “Orta Dəhliz illik 75 milyard dollarlıq ticarət dövriyyəsi potensialına malikdir”

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Türkiyə ərazisindən keçərək illik 75 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi potensialına malikdir.

Bakıvaxtı.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, iyunun 27-dən 29-dək Türkiyədə keçiriləcək Qlobal Nəqliyyat Dəhlizləri Forumu 70 ölkənin nümayəndələrini bir araya gətirəcək: “Əsas diqqət Orta Dəhlizin ənənəvi dəniz marşrutlarına strateji alternativ kimi inkişafına yönələcək”.

Nazir bildirib ki, Türkiyənin nəqliyyat dəhlizləri Hörmüz boğazındakı qeyri-sabitlik fonunda mühüm alternativə çevrilir: “Orta Dəhliz dəniz marşrutundan 2 dəfə daha sürətli və hava nəqliyyatından təxminən 4 dəfə daha qənaətlidir”.

O vurğulayıb ki, geosiyasi gərginlik, xüsusilə İran və İsrail arasında kəskinləşmə qlobal logistika marşrutlarının şaxələndirilməsinin zəruriliyini bir daha təsdiqləyib: “Forum çərçivəsində Orta Dəhliz boyunca yerləşən ölkələrin nəqliyyat nazirləri ilə görüşlər, həmçinin avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı sektorlarından aparıcı nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçirilməsi planlaşdırılır”.

Nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyəti illərində Türkiyə nəqliyyat və kommunikasiya infrastrukturuna təxminən 293,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb.

"Mərkəzində Türkiyənin olduğu Orta Dəhliz dəmir yolu ilə 21 ölkəni birbaşa birləşdirir və qlobal ticarətin mühüm həlqəsinə çevrilir. Əgər Süveyş kanalı ilə yük daşınması orta hesabla 35 gün, Ümid Burnu ilə 45 gün çəkirsə, Orta Dəhliz ilə bu müddət 15 gündən az olacaq", - A.Uraloğlu bildirib.

Nazir qeyd edib ki, hazırda dəmir yolu şəbəkəsinin 651 km uzunluğunda əsas hissələrində (Halkalı–Kapıkule, Gebze–Köseköy, Yerköy–Kayseri, Kars–Aralık–Dilucu, Sivas–Zara daxil olmaqla) işlər davam edir, həmçinin ümumi uzunluğu 1 394 km olan yeni layihələr hazırlanır.

"Bu investisiyalar sayəsində Orta Dəhliz üzrə illik daşımaların həcminin 6,5 milyon tona çatacağı gözlənilir. Təkcə marşrutun dəmir yolu komponenti üzrə illik 75 milyard ABŞ dolları səviyyəsində ticarət dövriyyəsi potensialı qoyulub", - A.Uraloğlu bildirib.

Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri