Icma.az
close
up
RU
Nazir: “Pensiya yaşı 70 olsun Ömür uzanıb, daha çox işləyin!”

Nazir: “Pensiya yaşı 70 olsun Ömür uzanıb, daha çox işləyin!”

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada pensiya yaşının artırılması ilə bağlı mübahisəli çağırış gündəmə gəlib.

"Ölkə.az" xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Katerina Rayxe bildirib ki, 63 yaşında vaxtından əvvəl pensiyaya çıxmaq praktikası ləğv olunmalı, ümumi pensiya yaşı isə mərhələli şəkildə 70-ə qaldırılmalıdır.

Nazirə görə, insanların yalnız ömürlərinin üçdə ikisində işləməsi artıq bugünkü reallıqlarla uyğun gəlmir. O qeyd edib ki, əhalinin yaşlanması, Almaniya iqtisadiyyatındakı tənəzzül, Ukraynaya artan maliyyə yardımları və insanların daha uzun ömür sürməsi bu qərarı zəruri edir.

Rayxe bəyan edib:

“Almaniya artıq əvvəlki iqtisadi gücündə deyil. Hökumətin artan xərclərini qarşılamaq üçün insanlar daha çox işləməli, daha gec pensiyaya çıxmalıdır.”

Bu təklif Almaniyada geniş ictimai müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, xüsusilə fiziki işlə məşğul olan insanlar üçün bu addım ədalətsizdir, çünki yaşlılıqda işləmək sağlamlıq problemləri yarada bilər. Digər tərəfdən, bəzi iqtisadçılar və siyasətçilər bu yanaşmanın qaçılmaz olduğunu və gələcək nəsillərin sosial təminatı üçün alternativ olmadığını düşünür.

Qeyd edək ki, Almaniyada hazırda rəsmi pensiya yaşı 67-dir. Azərbaycanda isə pensiya yaşı kişilər üçün 65, qadınlar üçün mərhələli şəkildə artırılaraq 64 yaşa çatdırılıb. Sosial rifah sisteminin yükü artdıqca və ömür uzunluğu yüksəldikcə, bu istiqamətdə Avropada atılan addımların uzunmüddətli perspektivdə Azərbaycana da təsirsiz ötüşməyəcəyi istisna olunmur.

Ekspertlər hesab edirlər ki, qloballaşan iqtisadi trendlər və sosial yük mexanizmləri bir çox ölkələri, o cümlədən Azərbaycanı da pensiya sisteminə yenidən baxmağa vadar edə bilər.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see341

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see317

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see306

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see138

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see132

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see130

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see127

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see126

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see125

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see124

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see124

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see124

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see122

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see121

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see120

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see120

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see120

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see118

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see118

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri