Nazir Pərviz Şahbazov “İstanbul Enerji Forumu”nda iştirak edəcək AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.
AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazir 22 noyabr tarixində İstanbul şəhərində keçiriləcək 1-ci “İstanbul Enerji Forumu”nda təmsil olunacaq.
Forum çərçivəsində energetika nazirinin “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” sessiyasında müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

