Nazir Prezident Mükafatçısına vəzifə verdi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
"Unikal" xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifə Ülviyyə Axundovaya həvalə olunub.
Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.
Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















