Nazir qadın futbolçularla görüşüb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın qadın futbolu üzrə milli komandası ilə görüşüb. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, görüşdə nazir komandanı əldə etdiyi uğurlu nəticə münasibətilə təbrik edib, qadın futbolunun inkişafının və qızların idmana cəlb olunmasının vacibliyini vurğulayaraq futbolçulara gələcək yarışlarda uğurlar arzulayıb.
Görüşdə milli komandanın üzvləri və məşqçilər heyətinin nümayəndələri də çıxış edərək göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı–2027-nin seçmə mərhələsində qrupdakı son oyununda Şimali Makedoniya yığmasını 3:1 hesabı ilə məğlub edən Azərbaycan milli komandası qrup mərhələsini 12 xalla ikinci pillədə başa vurub.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















