Nazir Rəşad Nəbiyev tapılan qara qutudan danışdı Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus "Embraer" təyyarəsinin qara qutuları aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
O bildirib ki, qara qutular qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Son qərar sabah və ya yaxın günlərdə veriləcək.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda baş vermiş təyyarə qəzasından sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarını ziyarət ediblər.
Nazirlər xəstəxanalarda müalicə alan yaralıların səhhəti ilə maraqlanıb və onların vəziyyəti ilə bağlı həkimlərdən məlumat alıblar. Bundan əlavə, rəsmilər sərnişinlərlə danışaraq təyyarədə baş verən hadisələr və qəzanın səbəbləri barədə ifadələrini dinləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 Dekabr 2024 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















