Icma.az
close
up
RU
Nazir Santa Çeçiliya Konservatoriyasının rektoru ilə görüşdü FOTOLAR

Nazir Santa Çeçiliya Konservatoriyasının rektoru ilə görüşdü FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Romaya səfəri çərçivəsində dekabrın 18-də İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franco Antonio Mirenzi ilə görüşüb.

"Unikal" xəbər verir ki, naziri salamlayan rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, əsrlərlə yaşı olan konservatoriya müxtəlif adlar və statuslarla fəaliyyət göstərib. 1923-cü ildən indiki adını alan məktəb İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.

Adil Kərimli səmimi görüşə və konservatoriya haqqında ətraflı məlumata görə rektora təşəkkürünü bildirib. 

Söhbət zamanı nazir ölkəmizin musiqi mədəniyyəti barədə söz açıb, bu sahədə aparıcı təhsil ocaqlarından danışıb. Bildirib ki, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olub. Görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbül XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri alıb, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Sonralar da istedadlı gənclərimiz Avropanın məşhur bədii təhsil ocaqlarında oxuyublar. 

Qeyd olunub ki, köklü ənənələri olan Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər. Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.

Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Xatırladaq ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan mədəniyyət elçiləri toplantısı məqsədilə İtaliya paytaxtına səfər edib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri