Nazir: Tələbələrin fərdi təqaüd proqramının əhatə dairəsi 500 nəfərə çatdırılıb VİDEO AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan təhsil sahəsində xarici və yerli tələbələr üçün müxtəlif təşəbbüslər həyata keçirməkdə davam edir. Dövlətin həyata keçirdiyi proqramlardan biri fərdi təqaüd proqramıdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib. O bildirib ki, bu proqram 8 illik müddət ərzində genişlənib, təqaüd alan tələbə sayı başlanğıcda 100 nəfərdən 500 nəfərə çatdırılıb: “Bu proqramın məzunları hazırda Azərbaycanın dövlət sektoru, təhsil və özəl sahələrində aparıcı mütəxəssislər kimi fəaliyyət göstərirlər. Proqramın uzunmüddətli perspektivləri insan kapitalına qoyulan investisiyanın mühüm nəticələr verəcəyini göstərir. Növbəti 30-40 il ərzində bu proqramdan çox tələbənin faydalanacağı gözlənilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















