Nazir: Üç sual iştirakçıların lehinə imtahandan çıxarılıb
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində imtahanda istifadə edilmiş üç sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycan dili üzrə bir sual, ədəbiyyat üzrə üç sual iştirakçıların lehinə olmaqla imtahandan çıxarılıb.
"Bundan sonra 22 nəfərin nəticəsi 0-29 aralığından 30-50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30-50 aralığından 51+ aralığına keçir", - deyə nazir qeyd edib.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 İyul 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















