Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Nazir və və müavinləri kənddən, təsərrüfatdan xəbərsizdir EKSPERT

Nazir və və müavinləri kənddən, təsərrüfatdan xəbərsizdir EKSPERT

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kombaynda şəkil çəkdirməklə kənd təsərrüfatı inkişaf etmir” Vahid Məhərrəmov: “Fermerlər problemlərlə təkbətək qalıb, aqrar sahədə dağınıqlıq hökm sürür”

Son zamanlar satıcı və istehlakçıların sosial mediada yeşik-yeşik meyvələri zibilliyə tulladığının şahidi oluruq. Xüsusilə də, Xaçmazın Pirquluoba kəndində gilasların çölə tökülməsini əks etdirən görüntülər cəmiyyətin etirazına tuş gəlib.

Səbəb kimi bazarda alıcının olmaması göstərilir. Paytaxtdakı bazar və marketlərdə isə 6 manatdan ucuz gilas tapmaq, samanlıqda iynə axtarmağa çevrilib. Sezonla əlaqədar əhalinin mürəbbə bişirdiyini də nəzərə alsaq, zibilə tullanan meyvələrin narazılıqla qarşılanması qaçılmazdır.  

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Sherg.az-a bildirib ki, Azərbaycanda hər il tonlarla meyvə və tərəvəz çaya və küçələrə tökülür:

“Bizim istehsalçılar xalqa yox, xaricdən gələn gəlirlərə önəm verirlər. Məhsullar arasında çeşidləmə prosesi aparılır. Yüksək keyfiyyətli məhsulu xarici ölkələrə xüsusilə də Rusiyaya ixrac edirlər. Nisbətən aşağı keyfiyyətli məhsullar rayon və yol kənarı ticarət obyektlərində satılır. Satış üçün yararsız hesab edilən, xarab olmuş meyvələr isə çeşidlənərək çaya və ya tullantı poliqonlarına atılır. Bu hər il bütün ölkə üzrə adət halına çevrilmiş prosesdir. Xarab məhsulun da alıcısı olmur. Kənd təsərrüfatı olduqca mürəkkəb prosesdir. Bu sahədə istehsal prosesi hava və iqlim şəraitindən asılıdır”. 

Mütəxəssisin fikrincə, hökumət istehsalçılara subsidiya verməsə, digər ölkələrdən daha çox məhsul idxal etmək məcburiyyətində qalacağıq:

“Bununla da, daxili bazar tamamilə çökəcək. Fermerlərə yalnız subsidiya ayırmaqla kifayətlənmək olmaz. İstehsalçılar hazırda, keyfiyyətli toxum və suvarma suyu ilə təminatda problemlə qarşılaşır. Halbuki, toxum səpilmiş sahələr vaxtında suvarılmalıdır. Özünü qabarıq şəkildə göstərən əsas problem texnika və avadanlıq qıtlığı ilə bağlıdır. Məhsulun xarab olmasının qarşısını almaq və daxili bioloji/kimyəvi proseslərin inkişafını dayandırmaq məqsədilə, dərhal soyuducu anbarlara yığılmalıdır. Anbar çatışmazlığı da məhsulların xarab olmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, fermerlərin qarşılaşdığı çətinlikləri saymaqla bitməz:

“Bunları yalnız hökümətin köməyi əsasında həll etmək mümkündür. Aqrar sektordakı böhranın kökündə dayanan əsas səbəb, bazarların monopislərin əlində olmasıdır. Kəndli özü istehsal etdiyi məhsulu bazara çıxara bilmir. Ölkə əhalisinin alıcılıq qabiliyyəti də aşağıdır. Bu da istehsalçının yükünü ağırlaşdırır. İstehsalı artırmaq ambisiyası real alıcı potensialı ilə üst-üstə düşmür. Çünki istehlakçıların əməkhaqqı artmır, işsizlik səviyyəsi isə pik həddə çatıb. Kiçik detal kimi görünən bu itkilər və bazar qüsurları, kənd təsərrüfatının onurğa sütununu sındırır. Fermer və kəndli istehsal etdiyi məhsulun heç olmazsa əsas hissəsini sata bilmədikdə, ziyana düşür. Əfsuslar olsun ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olanların 90 faizinin bu sahə üzrə nə bilikləri, nə də təcrübələri var”. 

V.Məhərrəmov qeyd edib ki, son dərəcə mürəkkəb sahədə az təcürbə və biliyə sahib fermerlərimiz, onlardan asılı olmayan problemlərlə mücadilə aparmaq məcburiyyətində qalıb:

“Faktiki olaraq kənd təsərrüfatı sahəsində dağınıqlıq var. Çünki, bu sahəyə məsul olanların özü aqrar sektordan uzaq adamlardır. Kənd təsərrüfatı naziri və onun müavinləri kənd təsərrüfatı üzrə mütəxəssis deyillər. Onlar şəhərdə böyüyüblər, kənddən və təsərrüfatdan zərrə qədər anlayışları yoxdur. Təməl biliklərə malik olmayan şəxs, 100 ildə eyni sahədə çalışsa, lazimi biliyə nail ola bilməyəcək. Sanki yuxu görürlər. Necə nazir və müavin olduqlarını belə xatırlamırlar. Amma Azərbaycana havada uçan yox, torpağa bitkiyə bələd olan mütəxəssis lazımdır. Hər dəfə gedib kombaynda oturub, maşını idarə edir, buğda biçir və şəkil çəkdirirlər. Bununla da guya təsərrüfata maraq göstərdiklərini nümayiş etdirirlər. Halbuki toxunduqları bitkinin və oturduqları maşının nə işə yaradığından xəbərləri yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri