Icma.az
close
up
RU
Nazir: Xəzərdə KES lərin inkişafını qiymətləndirmək üçün işlər aparılır

Nazir: Xəzərdə KES lərin inkişafını qiymətləndirmək üçün işlər aparılır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda Xəzər dənizində külək elektrik stansiyalarının inkişafını qiymətləndirmək üçün ölçmə və monitorinq fəaliyyətləri aparılır və bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikincü günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2032-ci ilə qədər mərhələli plan çərçivəsində 6 GVt quruda və dənizdə külək enerjisi gücünü istismara verməyi planlaşdırılır: "Bunun 4 GVt-i isə "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi vasitəsilə ixrac olunacaq ki, bu da təxminən 4,5 milyon ton istixana qazı emissiyasının azaldılmasına bərabərdir".

Nazir əlavə edib ki, hazırda Transxəzər Yaşıl Enerji Dəhlizinin, həmçinin Azərbaycanın Naxçıvan bölgəsi və Ermənistan ərazisindən keçən "Azərbaycan-Türkiyə-Avropa" yaşıl enerji dəhlizinin, eləcə də "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" dəhlizinin reallaşdırılması əsas prioritetlər arasında qalır: "Bu miqyaslı layihələr regional şəbəkələrin balanslaşdırılmasına, bərpa olunan enerjinin payının artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, emissiyaların azaldılmasına və Azərbaycanın geniş bir region üzrə iqlim fəaliyyətinə töhfə verən ölkə kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək. Sıfır emissiyalı gələcək üçün digər əsas enerji mənbəyi hidrogendir".

P. Şahbazov həmçinin qeyd edib ki, Azərbaycan hidrogenin istehsalı, istehlakı və ixracını əhatə edən Milli Strateji Baxışın həyata keçirilməsi üçün Fəaliyyət Planı hazırlayır: "Azərbaycan yaşıl enerji keçidi yoluna sadiq qalır və bu istiqamətdə ardıcıl addımlar atır".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri