Icma.az
close
up
RU
Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB “Ehtimal çox yüksəkdir...”

Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB “Ehtimal çox yüksəkdir...”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin 2026-cı ildə imzalana biləcəyini vurğulayıb.

O, bu barədə İTV-yə müsahibəsində deyib.

"Əlbəttə ki, heç kim 100% zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram", - deyə Ceyhun Bayramov bildirib.

"Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir", - nazir əlavə edib.

C.Bayramovun sözlərinə görə, bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq.

Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin imzalanmasının qısa müddət sonra Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır.

"Və bu, anlayışla qəbul edilməlidir", - deyə o vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir: "Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir".

C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.

Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see475

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see200

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see158

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see127

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri