Icma.az
close
up
RU
Nazirdən anons: iş yerlərində ciddi dəyişiklik olacaq Vacib nüanslar

Nazirdən anons: iş yerlərində ciddi dəyişiklik olacaq Vacib nüanslar

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

⁠Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin son çıxışı diqqət çəkib. O bildirib ki, 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22 faizinin struktur dəyişikliklərinə məruz qalacağı gözlənilir. Nazir Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan “İşlərin Gələcəyi Hesabatı”na istinad edib.

Bu dəyişikliklər konkret olaraq hansı sahə və peşələrə təsir edəcək?

Globalinfo.az-a danışan iqtidasçı Natiq Cəfərli deyib ki, burada söhbət süni intellektin yaratdığı yeni imkanlar fonunda bəzi iş yerlərinin azalmasından gedir:

Natiq Cəfərli

“Bu prosesdə faciəvi bir məqam yoxdur. Dünya tarixi belə dəyişikliklərlə doludur. Məsələn, XIX əsrdə şəhərlərdə ən populyar peşələrdən biri fənərləri yandırmaq idi. Londonda minlərlə insan bu işlə məşğul olurdu. Sovet dövründə Azərbaycanda da liftçi və telefonçu kimi peşələr olub və zamanla yoxa çıxıb. Sadəcə bunlardan nəticə çıxarmalı, təhsil sisteminə yeniliklər gətirilməlidir. Əsas problem odur ki, bəzi ixtisaslar 50–60 ildir yenilənmir. Halbuki bu gün yeni ixtisaslara və müasir tələblərə cavab verən mütəxəssislərə ehtiyac var. Süni intellekt, internetin inkişafı, onlayn bankçılıq və ticarət kimi sahələr həm bəzi peşələrin sıradan çıxmasına, həm də yeni peşələrin yaranmasına səbəb olur. Dövlətin əsas funksiyası bu dəyişiklikləri vaxtında görmək və mütəxəssislərin formalaşması üçün uyğun infrastruktur yaratmaqdır”.

Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, süni intellekt əmək bazarının sürətlə formalaşmasına səbəb olur:

“Bu dəyişikliklər xüsusilə rutin və təkrarlanan əməliyyatlara əsaslanan peşələrdə daha aydın görünür. Artıq süni intellekt məlumat daxil edilməsi, sənədləşmə, çağrı mərkəzləri, baza səviyyəli mühasibatlıq, standart audit, hətta başlanğıc səviyyəli dizayn və kontent hazırlığı kimi işləri daha sürətli və az xətayla yerinə yetirə bilir. Təbii ki, bu, peşəkar fəaliyyətləri tam əvəz etmək anlamına gəlmir. Buna baxmayaraq, həmin sahələrdə insan resursuna ehtiyac müəyyən qədər azalır və artıq real təsirlər müşahidə olunur”.

Əmrah Mövsümzadə

Ekspert qeyd edib ki, süni intellektin təsiri yalnız ofis işləri ilə məhdudlaşmır:

“İstehsalat, logistika, marketinq analitikası, media monitorinqi kimi sahələrdə də avtomatlaşdırma sürətlə artır. Bu proses bəzi peşələri tam yox etməsə də, onların strukturunu ciddi şəkildə dəyişir. Belə ki, daha az əmək, daha çox nəzarət və analitik düşüncə tələb edən yeni iş modelləri yaranır. Bununla yanaşı, süni intellekt bütün sahələri əvəz etmir, əksinə, bəzilərini strateji və vacib edir. Kibertəhlükəsizlik bunun ən aydın nümunəsidir. Süni intellekt əsaslı hücumlar mürəkkəbləşdikcə, güclü müdafiə mexanizmlərinə və çevik insan analizinə ehtiyac artır. Bu səbəbdən kibertəhlükəsizlik və buna bənzər sahələrin rolu böyüyür. Eyni tendensiya strateji idarəetmə, analitika, tədqiqat, kreativ fəaliyyət və insanlararası ünsiyyət tələb edən peşələr üçün də keçərlidir. Bu sahələrdə insan faktorunun əhəmiyyəti daha da yüksəlir. Nəticə etibarilə, süni intellekt əmək bazarını sıradan çıxarmaq üçün deyil, yenidən formalaşdırmaq üçün gəlir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri