Nazirdən gənclərə çağırış: İxtisas seçimi həm də gələcəyin tələblərinə uyğun aparılmalıdır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış ixtisas seçimini yalnız bu günün deyil, həm də gələcəyin əmək bazarının tələblərinə uyğun şəkildə aparmaqdır"
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən "PeşəFest-2025" tədbirində bildirib.
O qeyd edib ki, bunun üçün peşəyönümlü təhsilin gücləndirilməsi, praktik təlimlərin genişləndirilməsi və gənclərin texnoloji yeniliklərə açıq olması mühüm əhəmiyyət kəsb edir:
"Aparılan təhlillər göstərir ki, müasir dövrdə işəgötürənlər texniki biliklərlə yanaşı, yumşaq bacarıqlara - ünsiyyət, komanda işi, məsuliyyətlilik kimi keyfiyyətlərə də yüksək dəyər verirlər".
Nazir həmçinin deyib: "Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək ki, bu sırada yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















