Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etdiyi ərazilər mövcuddur. Bu baxımdan Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, hər hansı fövqəladə hadisə baş verdiyi təqdirdə olduqları ölkənin və ya ərazinin rəsmi qurumlarının xəbərdarlıqlarına əməl etməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, son illərdə bu cür problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilərək onların ölkəyə qaytarılması təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Nazir qeyd edib ki, müxtəlif regionlarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarına rast gəlinir:
“Bəzi hallarda şəxslər müxtəlif vədlərlə bu cür münaqişələrə cəlb olunurlar. Bir daha xatırlatmaq istərdik ki, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinə ziddir. Hətta bu cür hallar Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə də nəticələnə bilər”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 08 İyul 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















