Icma.az
close
up
RU
Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər…

Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər…

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə üzrə pambıq yığımı artıq bir ay əvvəl başa çatıb. Fermerlər oktyabr–noyabr aylarında pambıqlarını pambıq qəbulu müəssisələrinə təhvil veriblər. Kağız üzərində proses bitib, statistika tamamlanıb, hesabatlar yazılıb. Amma reallıqda minlərlə fermer hələ də aylarla öz zəhmətinin pulunu ala bilmir.

KONKRET.az bildirir ki, “Pambıq Assosiasiyaları Birliyi” kimi təqdim olunan qurum isə fermer üçün faktiki olaraq görünməz, səssiz və məsuliyyətsiz vəziyyətdədir. Nə rəsmi izahat verilir, nə də konkret ödəniş tarixi açıqlanır. Fermer məhsulu təhvil verib, həm dövlət, həm də öz üzərinə düşən öhdəliyi yerinə yetirib, amma qarşı tərəf öz məsuliyyətini icra etmir.

Gəlin, bu qurumun səlahiyyətlərinə, iş prinsipinə və öhdəliklərinə qısaca nəzər salaq.

“Pambıq Assosiasiyaları Birliyi” adı ilə fəaliyyət göstərən təşkilatın mahiyyəti dünyada və Azərbaycanda oxşar prinsiplərə əsaslanır. Bu cür assosiasiyalar adətən pambıq istehsalçıları, emalçıları və ixracatçıları arasında əlaqələndirici rol oynamaq üçün yaradılır. Onların əsas məqsədi pambıqçılıq sahəsində koordinasiya aparmaq, maraqları qorumaq, bazar nizamını formalaşdırmaq və dövlət–özəl sektor arasında körpü funksiyasını yerinə yetirməkdir. Yəni bu qurum sadəcə formal birlik deyil, real sektorda mövcud problemləri vaxtında görməli və onların həllinə təşəbbüs göstərməlidir.

Pambıq assosiasiyasının birinci və əsas öhdəliyi fermerlərin maraqlarını qorumaqdır. Fermer məhsulu istehsal edir və təhvil verirsə, onun haqqının vaxtında ödənilməsi bu sistemin ən əsas prinsipidir. Assosiasiya pambıq qəbulu müəssisələri ilə fermerlər arasında münasibətləri tənzimləməli, ödənişlərin gecikməsinə yol verilməməsi üçün real nəzarət mexanizmləri qurmalıdır. Əgər ödənişlər gecikirsə, assosiasiya bunu “bizlik deyil” deyərək kənara çəkilə bilməz. Əksinə, bu, birbaşa onun məsuliyyət sahəsidir.

Digər mühüm öhdəlik bazar nizamının qorunmasıdır. Pambığın alış qiymətləri, keyfiyyət standartları və qəbul qaydaları şəffaf və hamı üçün bərabər olmalıdır. Fermer bir rayonda bir qiymətə, digər rayonda isə başqa qiymətə məcbur edilməməlidir. Assosiasiya bu cür haqsızlıqların qarşısını almalı, pambıq qəbulu müəssisələrinin özbaşınalığına son qoymalıdır. Əks halda, bu qurumun mövcudluğu ciddi şəkildə sual altına düşür.

Bundan əlavə, pambıq assosiasiyası dövlət qurumları qarşısında fermerlərin səsi olmalıdır. Yanacaq bahalaşırsa, gübrə qiymətləri artırsa, texniki xidmətlərin dəyəri yüksəlirsə, assosiasiya bu problemləri rəsmi şəkildə gündəmə gətirməli, Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırmalıdır. Fermer tək-tək mübarizə aparmamalıdır. Assosiasiya məhz bu kollektiv müdafiə mexanizmi üçün yaradılıb. Maarifləndirmə və informasiya təminatı da onun əsas funksiyalarındandır.

Buradan çıxan nəticə çox sadədir: assosiasiya üzərinə düşən funksiyaların demək olar ki, heç birini yerinə yetirmir.

Qayıdaq mövzunun digər tərəfinə. Fermer üçün pambıqdan əldə olunan vəsait sadəcə qazanc deyil, növbəti mövsümün əsas maliyyə dayağıdır. Qış əkininə başlamaq üçün fermer noyabr–dekabr aylarında torpağı şumlamalı, toxum almalı, gübrə verməli, texnikanı işə salmalıdır. Amma pulu olmayan fermer nə etsin? Bank kreditləri yüksək faizlidir, borc yükü onsuz da ağırdır. Yanvar ayına qalan əkin isə artıq gecikmiş əkin sayılır, məhsuldarlıq aşağı düşür, risk artır, torpaq potensialını itirir.

Digər tərəfdən, xərclər sürətlə artır. Dizel yanacağının qiyməti bahalaşıb, texniki işlərin qiyməti 10–15 faiz yüksəlib, gübrənin qiyməti isə fermer üçün demək olar ki, əlçatmaz səviyyəyə çatıb. Aqrar bazarda hər şey bahalaşır, amma fermerin pulu ya gecikir, ya da ümumiyyətlə ödənilmir.

Belə olan halda sual çox sadədir: fermerin qazancı nə oldu? Dövlətin “prioritet sahə” elan etdiyi pambıqçılıq niyə fermer üçün zərərli sahəyə çevrilir?

Bu mənzərənin mərkəzində isə Kənd Təsərrüfatı Nazirliyi dayanır. Nazirlik çıxışlarında rəqəmlərdən, inkişafdan, artımdan danışır, amma tarladakı vəziyyət tam əksini göstərir. Hörmətli kənd təsərrüfatı naziri Məcnun Məmmədov, kabinetlərdə statistik cədvəllərlə məşğul olmaqla iş bitmir.

Boş vaxtlarınızda domino oynamaqdansa, kəndlərə gedin, pambıq tarlalarına baxın, fermerlərin gözünə baxın və soruşun: niyə aylarla pulunuzu ala bilmirsiniz? Niyə pambıq qəbulu müəssisələri özbaşına davranır? Niyə fermerin haqqı tapdalanır? Dövlət məmuru kreslo üçün yox, məsuliyyət üçün təyin olunur.

Bu məsələnin ən ağrılı tərəfi odur ki, bütün bunlar Prezident İlham Əliyevin dəfələrlə verdiyi açıq xəbərdarlıqlara baxmayaraq baş verir. Prezidentin ölkə mediasına verdiyi son müsahibədə məmurlara ünvanladığı mesaj son dərəcə aydın və sərt olub. Dövlət başçısı açıq şəkildə bildirib:
“Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. (…) Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.

Bu sözlər birbaşa bugünkü pambıq problemi ilə səsləşir. Çünki yerlərdən gələn siqnallar var, fermerlər danışır, şikayət edir, mediaya müraciət edir. Deməli, problem mövcuddur və bu problem ya görməzdən gəlinir, ya da bilərəkdən susdurulur. Bu isə artıq açıq məmur məsuliyyətsizliyidir. Prezidentin etimadı ilə təyin olunan məmur fermerin haqqını qorumaq əvəzinə prosesə göz yumursa, bu etimad doğruldulmur.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Aqşin Camalov da vəziyyəti son dərəcə təhlükəli qiymətləndirir.

Onun sözlərinə görə, pambıq pulunun gecikməsi aqrar sistemdə “domino effekti” yaradır:

“Fermer pambıqdan qazandığı pulla qış əkinini maliyyələşdirir. Bu vəsait vaxtında ödənməyəndə əkin gecikir, məhsuldarlıq azalır, xərclər artır, fermer borca düşür. Nəticədə növbəti il pambıq əkinindən imtina edənlərin sayı artır. Bu, təkcə bir fermerin problemi deyil, bütövlükdə aqrar siyasətin uğursuzluğudur”.

Ekspert bildirir ki, bu gün kənd təsərrüfatında real vəziyyət budur:

“fermer sıxılır, xərclər artır, gəlir azalır, dövlət qurumları isə susur. Əgər bu problemlər dərhal həll edilməsə, pambıqçılıq kağız üzərində “uğurlu sahə” kimi qalacaq, reallıqda isə kəndlər boşalacaq, torpaqlar əkilməyəcək, istehsal azalacaq. Prezidentin ictimai nəzarət çağırışı da məhz bu cür halların qarşısını almaq üçündür.

Fermer susa bilər, amma bu susqunluq uzun çəkmir. Torpaq gec əkiləndə cavabını verir, məhsul azalanda cavabını verir. O cavab isə nə məmurun hesabatında, nə də rəsmi açıqlamada gizlənir. Dövlət qurumları bunu anlamalıdır: fermerin pulu gecikirsə, bu sadəcə maliyyə məsələsi deyil, bu dövlət etimadının sarsılmasıdır”, – deyə ekspert əlavə edib.

(nocomment.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri