Nazirin dostunu müavin göndərdiyi Agentlikdə 9,6 milyon manatlıq tenderə hazırlaşır
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bir neçə istiqamətdə iri məbləğli satınalma prosedurlarına başlayıb.
Agentliyin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satınalınması nəzərdə tutulur. Bu məqsədlə ayrılması planlaşdırılan vəsait 3 milyon 796 min manat təşkil edir.
Bundan əlavə, dabaq (A.O. Asiya 1, SAT 2) xəstəliyinə qarşı digər peyvəndlərin satınalınması da planlaşdırılıb. Bu satınalmanın ehtimal olunan dəyəri 5 milyon 788 min 500 manat olaraq göstərilir.
Həmçinin, kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilər üçün xüsusi geyim forması və fərqlənmə nişanlarının satın alınması nəzərdə tutulub. Bu istiqamətdə ayrılacaq vəsait 55 min 564 manat 73 qəpikdir.
Ümumilikdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçiriləcək satınalmaların dəyəri 9 milyon 640 min manatdan çoxdur.
Xatırladaq ki, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdur. Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri isə Sərdar Hacıyevdir.
Qeyd edək ki, dünən Qaynarinfo-nun yaydığı məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə onun dostu Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.
Teref.az
Baxış sayı:117
Bu xəbər 23 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















