Icma.az
close
up
RU
Nazirin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı

Nazirin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Elm və  təhsil naziri Emin Əmrullayev  Azərbaycan təhsilinə zərrə qədər fayda verməyən “Yuva” Feminist təşkilatına milyonlarala manat qrant vəsaiti bağışlayıb. Bu təşkilat qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən külli miqdarda maliyyə vəsaitləri əldə ediblər. Həmin dəstəyə cəlb olunan şəxslərin əldə etdikləri iri məbləğlər təxribatçılıq xarakterli materialların hazırlanmasına və tədbirlərin təşkilinə sərf edilib. Təkcə ötən il Elm və təhsil nazirliyi bu Feminist təşkilata qrant layihəsi adı ilə 102 min manat pul verib. Nəzərə almaq lazımdır ki, nazirlik bu təşkilatı 2016-cı ildən himayə edir. Ötən ilin dekabrında araşdırmalar zamanı məlum dəstənin layihələrlə əlaqəli əldə etdikləri təxmini 700000 manat dəyərində maliyyə vəsaitləri,  habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib.

Elm və təhsil nazirliyi müəllimlər üçün heç bir əhəmiyyatı olmayan “təlimlər” keçirən “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə  ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır. Bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir. “Savad” təlimçiləri müəllimlərin istirahət hüququnu kobud şəkildə pozurlar. Belə ki, hər həftənin altıncı və bazar günləri axşam saatlarında müəllimləri nazirliyin adından təhdid edərək lazımsız təlimlərə cəlb edirlər. 2013-cü ilin Dekabrın 14- də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayının gedişatında Ramiz Mehdiyev tanınmış bir professor pedaqoqun adını çıxışçılar siyahısından silərək həmin bu Məhəbbət Vəliyevanın adını yazmışdı.  Şübhəsiz ki, Məhəbbət Vəliyeva qurultaya  hazır konspektlə gəlmişdi. Məhəbbət Vəliyeva həm də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq – Qərb” nəşriryyatına iri məbləğdə pulların verilməsinə vasitəcilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir.  Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib.

2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.

İstər feministlər, istərsə  də R. Mehdiyevin oğlu və yaxın adamlarının sümürdüyü milyonların harada və nəyə xərclənməsinin izinə düşülməlidir.

Etibar Əliyev

Sabiq deputat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri