Icma.az
close
up
RU
Nazirin müəllimlərlə bağlı planı Açıqlanmayan məqamlar ortaya çıxdı

Nazirin müəllimlərlə bağlı planı Açıqlanmayan məqamlar ortaya çıxdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Elm və təhsil naziri Emin Əmrullayevin son çıxışı hələ də müzakirə edilir. O bildirib ki, tam ştatlı müəllimlərin maaşı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır.

Sitat: “Hazırkı statistikada müəllimlərin 4-6 saatlıq dərs yükü nəzərə alınır və bu, yanlış təsəvvür yaradır. Tam ştat modeli tətbiq olunsa, müəllimlərin həftəlik iş yükü 30-36 saat təşkil edəcək və 20 min müəllimin əməkhaqqısı artırılacaq”.

Bu modelin tətbiqi təhsil sistemində real islahat effekti yarada bilərmi? Praktiki risklər nələrdir?

Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, sözügedən təklif təhsildə nüfuzun və keyfiyyətin artırılması üçün doğru istiqamətdir:

“30–36 saatlıq tam iş günü müəllimliyi “yarımştat peşə” modelindən çıxarıb, peşəkar karyeraya çevirmək potensialına malikdir. Amma bu model avtomatik olaraq islahat demək deyil. Təşəbbüsün uğurlu olması üçün yüksək maaş, yaxşı şərait və şəffaflıq olmalıdır. Yalnız maaşı artırmaqla nəticə dəyişmir. Müəllimin tam iş günü üçün məktəblərdə real şərait – iş otağı, resurs otaqları, texniki təminat olmalıdır. Sertifikasiya və seçim qaydaları da tam şəffaf olmadığı halda, yeni narazılıqlar yaranacaq. Həmçinin, bu zaman şəhər–kənd fərqi böyüyə bilər. Model ilk mərhələdə əsasən böyük məktəblərə şamil ediləcək. Bu isə Bakıda və mərkəzi bölgələrdə yüksək maaşlı “tam ştatlı müəllimlər”, kəndlərdə isə saathesabı çalışan “aşağı maaşlı müəllimlər” qruplaşması yarada bilər. Bu, təhsil sahəsində bərabərliyə təsir edən ciddi riskdir”.

Sona Əliyeva

Ekspertin fikrincə, bu islahatın yanlış tətbiqi müəllimlərdə burnout-tükənmişlik yarada bilər:

Müəllim robot deyil, məşğul olduğu sahə isə digər peşələrdən çətindir. O, valideyinin öhdəsindən gələ bilmədiyi uşaqlarla işləmək məcburiyyətindədir. Tam iş günü üçün aydın məzmunlu proqramlər tərtib edilməlidir. Bundan əlavə, əgər müəllimə hazırlıq, qiymətləndirmə və fərdi qrup işi üçün real vaxt verilmirsə, “09:00–18:00 məktəbdə ol” tələbi sadəcə əlavə nəzarət effekti yaradacaq. Dünyada müəllimlərin peşədən uzaqlaşmasının əsas səbəbi məhz bu yüklənmədir. Bu model doğru qurulsa — şərait, şəffaf seçim, peşəkar inkişaf və regionlar üçün əlavə stimullar ilə təhsil sisteminə real təkan verə bilər. Amma tələsik, strukturu olmayan tətbiq həm müəllim narazılığı, həm də yeni bərabərsizliklər yaradacaq. Qısası, bu ideyanın islahata çevrilməsi üçün təkcə maaş yox, həmdə  bütün sistem yenilənməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri