Nazirin xalası oğlu dövlətə zərəri ödədi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin keçmiş rəhbərlərinin korrupsiya əməlləri ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslər hazırda ev dustaqlığındadırlar.
Cinayət işi üzrə ümumilikdə 4 nəfər məsuliyyətə cəlb edilib. Onlardan ikisi kollecin sabiq direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışovdur. Kollecin əməkdaşları Gülnar Bağırzadə və Məlahət Əsgərova da təqsirləndirilən şəxslər sırasındadır.
Təqsirləndirilən İlqar Kubışov mədəniyyət naziri Adil Kərimlinin xalası oğludur.
İttihama əsasən, təqsirləndirilən şəxslər ümumilikdə 360 min manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, dövlət vəsaitinin bir hissəsi ayrı-ayrı şəxslərin adına əmək haqqı yazılması, digər hissəsi isə kollecdə inşaat işlərinin aparılması adı ilə rəsmiləşdirilərək mənimsənilib.
İstintaq dövründə dövlətə dəymiş zərərin bir hissəsi ödənilib. Mədəniyyət naziri Adil Kərimlinin xalası oğlu İlqar Kubışov isə ona münasibətdə hesablanmış maddi zərəri tam ödəyib.
Xatırladaq ki, Gəncə Dövlət Regional Kollecinə 2023-cü ilədək Fəxrəddin Həsənov rəhbərlik edib. O, təqaüdə çıxdıqdan sonra bu vəzifəyə İlqar Kubışov təyin olunub. Kubışov isə cəmi bir il sonra vəzifəsindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 05 Oktyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















