Nazirlər Kabineti yeni qərar qəbul etdi KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabineti gömrük və qiymətli metallar sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı yeni qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin 16 mart 2026-cı il tarixli fərmanının icrasını təmin etməyə yönəlib.
Sənədə əsasən, Ədliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə normativ hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bununla yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi emal edilməmiş almazların idxalı, ixracı və dövriyyəsinə dövlət nəzarəti ilə bağlı qaydaların və sertifikat formasının layihəsini bir ay müddətində təqdim edəcək.
Qərara əsasən, digər mərkəzi icra hakimiyyəti orqanları da öz normativ aktlarını qanun və fərmana uyğunlaşdırmalı, bu barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Eyni zamanda, Ədliyyə Nazirliyi bütün normativ aktların uyğunlaşdırılmasını təmin edərək 6 ay müddətində Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 Aprel 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















