Nazirlər Suriyanı müzakirə ediblər
Icma.az bildirir, Azvision portalına istinadən.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər. Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər. Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Bu mövzuda digər xəbərlər:Nazirlər nəyi müzakirə ediblər?
08 Dekabr 2024 20:57
Nazirlər bölgədə təhlükəsizliyi müzakirə ediblər
16 İyun 2025 15:26
Rubio və II Abdulla Suriyanı müzakirə ediblər
28 Yanvar 2025 12:24
Ərdoğanla Tramp telefon danışığında Suriyanı müzakirə ediblər
21 Yanvar 2026 14:14
Nazirlər bölgədə davam edən hücumları müzakirə ediblər
03 Mart 2026 21:21
Baxış sayı:111
Bu xəbər 11 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















