Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürür
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Ədliyyə Naziriliyi fərdi sahibkar Mahmudova Təranə Abid qızı ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilə Binəqədi rayon icra şöbəsi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlıdır.
340,2 kv metrlik ofis sahəsinə görə sahibkara 34 800 manat ödəniləcək.
Araşdırmalarımız zamanı məlum olub ki, Təranə Mahmudova həm də "A.N.N.N.” şirkətinin qanuni təmsilçisidir.
Mediada gedən məlumatlara görə, baş nazirin keçmiş müavini Abid Şərifovun qızı olan Təranə Mahmudova eyni zamanda "Optimed” Tibb Mərkəzinin direktoru və "Güvən 17” MMC-nin qanuni təmsilçisidir.
Təranə Mahmudova 6 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır.
Seyid
Bu mövzuda digər xəbərlər:Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb XƏSTƏXANADADIR
16 Oktyabr 2025 16:51
Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 Noyabr 2024 17:39
Nazirlik Arenanı 3 günlük icarəyə götürür 127 min ödəyəcək
24 Sentyabr 2025 17:17
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb
24 Dekabr 2024 18:33
Baxış sayı:133
Bu xəbər 04 Mart 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















