Icma.az
close
up
RU
Nazirlik direktor və müavinləri sertifikasiyadan keçirə bilməyəcək: SƏBƏB

Nazirlik direktor və müavinləri sertifikasiyadan keçirə bilməyəcək: SƏBƏB

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Növbəti sertifikasiya imtahanları başa çatıb. 

Ümumilikdə 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib. 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Proses nəticəsində 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib. Ancaq son günlər direktor, direktor müavinləri və digər pedaqoji sahədə çalışanları düşündürən odur ki, onlar sertifikasiyaya cəlb ediləcəklərmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, məktəb direktorları, tədris işləri üzrə direktor müavinləri, sinifdəndənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıların, təsərrüfat işləri üzrə direktor müavinləri, çağırışaqədərki hazırlıq rəhbərləri, uşaq birliyi rəhbərlərinin sertifikatlaşma prosesinə cəlb olunacaqları ilə bağlı dəqiq cavab almaq istəyirlər: 

“Ölkənin elm və təhsil naziri ən çətin vaxtlarda müxtəlif fikirlər ortaya atır. Sertifikatlaşmanın 2025-ci ildə ağır nəticələri, yol verilən nöqsanları ört-basdır etmək üçün son çıxışlarının birində nazir məktəb direktorları, direktor müavinləri, digər pedoqoji işçilərin sertifikatlaşdırılacağı ilə bağlı bir fikir irəli sürüb. Əvvəla, Azərbaycan hüquqi dövlətdir. 

Bütün fəaliyyətlər hüquqi qaydalar əsasında həyata keçirilir. Bu gün məktəb direktorlarının, tədris işləri, o cümlədən təsərrüfat işləri üzrə direktor müvinlərinin, sinifdəndənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıların, çağırışaqədərki hərbi hazırlıq rəhbərlərinin, Uşaq Birliyi rəhbərlərinin sertifikatlaşması ilə bağlı qaydalar yoxdur. 

İlk növbədə Nazirlər Kabineti ya yeni qaydalar tətbiq etməli, ya da pedoqoji fəaliyyətlə məşğul olan, yəni hazırda dərs keçən müəllimlərin sertifikatlaşdırması ilə bağlı 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına əlavə və dəyişiklik edilməlidir. 

Məktəb direktorunun, tədris işləri üzrə direktor müavinin, təsərrüfat işləri üzrə direktor müavinin, çağırışaqədərki hərbi hazırlıq rəhbərlərinin fəaliyyəti tamamilə başqa-başqa fəaliyyətlərdir. Biz burada bir şeyi başa düşürük ki, əgər direktor, direktor müavinləri, digər pedaqoji işçilərin sertifikatlaşması həyata keçirilməsi üçün yeni qaydalar qəbul edilməyibsə, yaxud 155 nömrəli qərara əlavə və dəyişiklik olunmayıbsa, məktəb direktoru və müvinlərinin sertifikatlaşmasından söhbət gedə bilməz”. 

O xatırladıb ki, məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaması qaydası 2023-cü ilin dekabrında qəbul olunub: 

“Biz hələ iki ilə yaxındır onların sertifikatlaşmasını həyata keçirə bilmədiymiz kimi, məktəb direktorları və müavinlər, digər pedoqoji işçilərin sertifikatlaşmasından söhbət gedə bilməz. 

Yaxud da bugünkü gündə real deyil. Ona görə də bu sahədə çalışanlar praktiki biliklər qazanmalı, nəticə etibari ilə işlərini daha yaxşı öyrənməlidirlər ki, nə vaxt sertifikasiya keçirilsə, daha uğurlu nəticə əldə edə bilsinlər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: direktor müavin sertifikasiya Elşən Qafarov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri