Icma.az
close
up
RU
Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini Geri qaytardı

Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini Geri qaytardı

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının oktyabrın 25-i keçirilən IX növbədənkənar Qurultayı ilə bağlı müraciətə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya qurultayda sədr seçildiyini iddia edən Elçin Ağamalı bildirib.

Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının 25 oktyabr tarixində keçirilmiş IX növbədənkənar Qurultayının sənədləri tərəflərindən baxılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib: “Nazirlik müraciətimizə baxıb və sənədlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1.-ci maddəsinə müvafiq olaraq düzgün tərtib olunmadığı və mübahisəli məqamlar olduğu üçün geri qaytarılıb.

Qurultaydan keçən dövr ərzində Partiyanın əksər rayon (şəhər) təşkilatlarının sədrləri legitim olmayan İdarə Heyətinin qərarları (bir çox hallarda isə ümumiyyətlə heç bir qərar və əsas olmadan) ilə partiya üzvlüyündən azad olunur və 5-10 nəfər kənar şəxslərin iştirakı ilə yeni konfranslar keçirilərək sədrlər seçilir (təyin olunur). Bununla məqsəd tələsik şəkildə yeni nümayəndələrlə partiyanın növbəti qurultayının keçirilməsidir.

Partiyanın Nizamnaməsinə əsasən, növbədənkənar qurultay əvvəlki qurultay nümayəndələrinin tərkibində çağrılmalıdır. Başqa sözlə, fərqli nümayəndələrlə keçiriləcək qurultay Nizamnamə pozuntusudur və qeyri-legitimdir. Qurultaydan öncə və sonra partiyanın rəhbər orqanlarının qərarlarının legitimliyi ilə bağlı məsələlərin araşdırılması üçün faktlar bir neçə rayon təşkilatının və Ali Məclis üzvlərinin təqribən yarısının adından Ədliyyə Nazirliyinə iki məktubla təqdim olunub. Həmçinin partiya sıralarından qanunsuz olaraq çıxarılmış rayon təşkilatı sədrlərinin bir qrupu partiyanın qərarından məhkəməyə müraciət edib. Partiyanın rayon təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması üçün hüquqi müstəvidə fəaliyyətlərini davam etdirirlər”.

Qeyd edək ki, AVP-nin oktyabrın 25-də keçirilən qurultayında Fəzail Ağamalının öz postunu deputat qızı Günay Ağamalıya verməsi nəticəsində partiyada qalmaqal yaşanıb. Belə ki, partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri