NAZİRLİK GERİ ÇƏKİLDİ? Lisey və gimnaziyalara qəbul necə aparılacaq?
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarına qəfil dəyişikliklə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, rəsmi qurum etirazlara səbəb olan əvvəki qərarına izahatına əsasən, qaydalara təkrar düzəlşiş verilib. Yəni, nazirlik etiraz doğuran anlaşılmaz qərarından geri çəkilib və 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində lisey və gimnaziyalara təkcə 7-ci sinifdən qəbul aparılmayacağını bəyan edib: "Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək".
Qeyd edək ki, sosial şəbəkədə bəzi valideynlər lisey və gimnaziyalara qəbul qaydalarından xəbərsiz olduqlarını əsas gətirərək məsələyə etirazlarını bildirib.
Baxış sayı:96
Bu xəbər 29 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















