Icma.az
close
up
RU
Nazirlik işə qəbul elan edir

Nazirlik işə qəbul elan edir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir.

Modern.az xəbər verir ki, müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələsindən ibarət olmaqla keçiriləcək.

Direktor və direktor müavini vəzifələri üzrə müsabiqədə yalnız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə vakant vəzifələr nəzərdə tutulur. Bu vəzifələr üzrə müsabiqədə ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisası bitirmiş, dövlət nümunəli diplomu olan, ixtisası üzrə azı 5 il pedaqoji əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müəllim vəzifələri üzrə müsabiqə isə həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həm də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı 8-23 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı 8 avqust 2026-cı il tarixində keçiriləcək.

Namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalı və müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsabiqəyə müraciət etməlidirlər.

Direktor və direktor müavinləri üzrə test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 3 saat davam edəcək. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanında namizədlərə 70 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat davam edəcək. Müəllimlər üzrə keçid balları məktəbin yerləşdiyi əraziyə və bəzi ixtisaslar üzrə xüsusi tələblərə uyğun müəyyən edilir.

Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat test mərhələsi yekunlaşdıqdan sonra rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir.

Müsabiqə barədə ətraflı məlumat, ixtisas tələbləri, test proqramları və qeydiyyat qaydaları Dövlət İmtahan Mərkəzinin rəsmi informasiya resurslarında yerləşdirilmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri