Icma.az
close
up
RU
Nazirlik: İxtioz və bullyoz epidermolizun müalicəsində istifadə olunan dərmanların molekulyar tərkibi dəyişməyib

Nazirlik: İxtioz və bullyoz epidermolizun müalicəsində istifadə olunan dərmanların molekulyar tərkibi dəyişməyib

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində istifadə olunan dərman preparatlarının molekulyar tərkibi dəyişməyib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən uşaqlara verilən bahalı dərmanların ucuz və keyfiyyətsiz tərkibdə dəyişdirilməsi iddiaları ilə bağlı sorğuya cavabında bildirilib.

Qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz genetik qüsurlar nəticəsində yaranan və dərinin zədələnməsi ilə nəticələnən irsi xəstəlikdir.

Bu xəstəlikdən əziyyət çəkən xəstələrin dərman və tibb vasitələri ilə təminatı məqsədilə Nazirlər Kabinetinin 2 sentyabr 2023-cü il tarixli Sərəncamı əsasında “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilib.
Tədbirlər Proqramı ixtioz və bullyoz epidermoliz xəstəliklərinin erkən aşkarlanmasına, ixtioz və bullyoz epidermolizli xəstələrin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsinə, həyat keyfiyyətinin artırılmasına, onların qoruyucu sarğı materialları, digər sistem və xarici təsirli dərman vasitələri ilə təmin edilməsinə, əhalinin bu sahədə məlumatlılığının artırılmasına yönəlib.
Sərəncamla təsdiq edilən Tədbirlər Planının icrası ilə bağlı Səhiyyə Nazirliyində “İxtioz və bullyoz epidermoliz xəstəliyi ilə mübarizə aparan tibb müəssisələrinin dərman preparatları, zəruri reaktiv, avadanlıq və tibbi ləvazimatlarla davamlı təminatına dair” müvafiq Komissiya yaradılıb və siyahıya Komissiya tərəfindən baxılır. Sərəncama əsasən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin icrasının monitorinqi və qiymətləndirilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simpomların yüngülləşdirilməsi məqsədi ilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub. Bu siyahılara uyğun olaraq xəstəliyin ağırlıq dərəcəsinə görə, onların gündəlik tələbatları təmin edilir.

Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valediyenlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər.
Zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir.
Hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib. Dispanserizasiyadan keçən xəsətələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir.
Proqrama əsasən Komissiya tərəfindən bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim ediləcək.
Səhiyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb.

MƏLUMAT YENİLƏNİR...

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri