Nazirlik Mabel Matizin bu mahnısına qadağa qoydu KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi Mabel Matizin “Perperişan” mahnısına girişin qadağan edilməsini istəyib.
KONKRET.az xəbər verir ki, Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə 5651 saylı qanun çərçivəsində ictimai asayişi və xalq sağlamlığını pozduğu üçün girişin bloklanması tələbilə müraciət edib.
Nazirliyin məhkəməyə təqdim etdiyi vəsatətdə qeyd olunub ki, mahnının məzmunu ailəyə zərər vura, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza, ictimai narazılığa səbəb ola bilər.
Qeyd olunub ki, vətəndaşlar CİMER vasitəsilə etdikləri müraciətlərdə mahnının sözlərinin “türk ailəsinin adət və ənənələrinə zidd” olmasından şikayətləniblər.
Müraciətdə qərarın icrası üçün İnformasiya Texnologiyaları və Rabitə Qurumuna (BTQ) göndərilməsi də xahiş olunub.
Dəniz Pənahova
KONKRET.az


