Nazirlik: Ötən dövrdə 920 dən çox benefisiara xidmət göstərilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında ötən dövrdə həssas qruplara aid 920-dən çox şəxsə xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 700 nəfərini əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, onların ailə üzvləri, digərlərini şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrdən olan şəxslər təşkil edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ilin oktyabr ayında açılışı olan həmin müəssisə Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Mərkəz, onun Bərdə və İsmayıllıdakı DOST Evi filiallarında həssas qruplara aid şəxslərin təlimlər vasitəsilə yaradıcı potensialı, bacarıqları inkişaf etdirilir, həmçinin onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.
Hazırda mərkəz və filiallarında 274 benefisiar 14 müxtəlif fəaliyyət istiqaməti üzrə təlimlərə qatılaraq bacarıqlarını inkişaf etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Fevral 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















