Icma.az
close
up
RU
Nazirlik: Pensiya təminatı üzrə illik xərclər 2018 ci illə müqayisədə 2 dəfə artıb

Nazirlik: Pensiya təminatı üzrə illik xərclər 2018 ci illə müqayisədə 2 dəfə artıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi reallaşdırılıb. Bu islahatların əhatə dairəsi 4 milyon nəfərdir. Ardıcıl sosial islahatlar nəticəsində 2018-2025-ci illərdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq əməkhaqqı 2 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı 2,2 dəfə artırılıb. Orta aylıq pensiya 2,6 dəfə, yaşa görə orta aylıq pensiya 2,5 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait 5 dəfə, ünvanlı sosial yardımın orta məbləği 2,7 dəfə artıb. 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi üçün ayrılan illik əlavə vəsait isə 7,6 milyard manat təşkil edir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 1 milyon 100 min nəfərini əhatə edən pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artaraq 2025-ci il üzrə 7,2 milyard manatdan çox olub. Bu da pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində olduğunu təsdiq edir. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu vəsaitin 96,6 faizi və ya 8 milyard 196 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyi gözlənilir. Ümumilikdə, gələn il üzrə pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin bu ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz çox olması nəzərdə tutulub. Eyni zamanda, proqnoz göstəricilərə əsasən 2026-cı ildə orta pensiyanın 9,2 faiz artaraq 590 manata, yaşa görə orta pensiyanın isə 629 manata çatması proqnoz edilir.

İndeksləşdirmə əsasında pensiya artımına gəldikdə isə, bildirilib ki, qanunvericilik əsasında hər il bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır. Bu artım ilin əvvəlindən hesablanır. Həmçinin hər ilin əvvəlində dövlət tərəfindən vətəndaşların fərdi hesablarındakı pensiya kapitalları da artırılır, yəni pensiya kapitalında artım təkcə onların əməkhaqqından ayrımalar hesabına baş vermir, bu artıma dövlət tərəfindən də hər il dəstək verilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri