Icma.az
close
up
RU
Nazirlik Qobu kəndindən edilən şikayəti araşdırıb

Nazirlik Qobu kəndindən edilən şikayəti araşdırıb

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonu Qobu kəndi ərazisində yerləşən kərpic zavodunun fəaliyyəti zamanı atmosferə tullantıların atılması və qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətidən verilən məlumata görə, bunu İdarənin rəisi Asif Məcidov bildirib.

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə aparılan araşdırma və monitorinq zamanı zavoddan atmosfer havasına normadan artıq tullantının atılmadığı, ərazidə hasilat işi aparan zavodun kərpic istehsalı üçün Dağ-mədən Ayırması Aktı ilə yer təkindən istifadə hüququnun və ekoloji normativ sənədlərinin olduğu müəyyən edilib. Eyni zamanda, sənaye təyinatlı torpaq sahəsində yerləşən zavodun 2005-ci ildən müvafiq sənədlər əsasında fəaliyyət göstərdiyi məlum olub. İcra orqanlarının verdiyi məlumatda isə yaşayış evlərinin zavodun ətrafında sonradan tikildiyi və sanitar mühafizə zolağının tələblərinin gözlənilmədiyi bildirilib”.

A.Məcidov onu da qeyd edib ki, 27 avqust 2024-cü il tarixdə sözügedən kərpic zavodunda keçirilən monitorinq və araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdi. Faktla bağlı müəssisənin icraçı direktoru Məcid Məmmədov barəsində protokol tərtib olunaraq o, 2000 manat məbləğində cərimə olunmuşdu. Ona qaz-toz tutucu qurğunun quraşdırılması üçün “ekoloji tələb” verilmiş və qurğunun quraşdırılması təmin edilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri