Nazirlik: Son aylarda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Son aylarda aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində ölkədə qızılca xəstəliyi qeydə alınmayıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
"Hazırda qızılcaya qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir", - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır: “Ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə olunur. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”.
Baxış sayı:45
Bu xəbər 12 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















