Nazirlik və icra başçılarının maşınları satışa çıxarıldı SİYAHI
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə avtomobil hərracı keçirəcək.
Mia.az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 12 nəqliyyat vasitəsi çıxarılacaq.
Bunlar, Ağdam Rayon İcra Hakimiyyətinə məxsus "Nissan Teana", "Cehvrolet Niva" və "Toyota Land-Cruiser Prado" markalı minik avtomobilləri, Səhiyyə Nazirliyinin 1 saylı Bakı Tibb Kollecinə məxsus "VAZ 21074" markalı minik avtomobili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus "Chevrolet Niva LC" markalı minik avtomobili, Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Birliyinə məxsus "VAZ 2107" və "QAZ 31105-120" markalı minik avtomobilləri, "QAZ 322131-95" markalı mikroavtobus, "İsuzu", markalı 2 avtobus, Elm və Təhsil Nazirliyinin Azərbaycan Dillər Universitetinə məxsus "Nissan Maxima" markalı minik avtomobili, Prezidentinin İşlər İdarəsi "Zuğulba" İqamətgahına məxsus "ZİL-MMZ-4502" markalı yük avtomobilidir.
Avtomobillərin buraxılış illəri 1991-2013-cü illər, start qiyməti 1 200 - 21 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
 Baxış sayı:82
Baxış sayı:82 Bu xəbər 30 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















