Icma.az
close
up
RU
Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sistemində köklü dəyişikliklər edərək yeni struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən qəbul edilən bu qərarla bədii rəhbər və baş rejissor kimi strateji vəzifələr ləğv olunub. Yeni qaydalara görə, teatrların daxili fəaliyyəti artıq fərdlər üzərində deyil, ixtisaslaşmış şöbələrin kordinasiyası ilə tənzimlənəcək.Təsdiqlənən yeni əsasnaməyə əsasən, uzun illərdir teatrın siması və yaradıcı beyni hesab edilən bədii rəhbər, baş rəssam və baş rejissor postları ştat cədvəlindən çıxarılıb. Nazirlik bu addımı idarəetmədə müasir standartlara keçid və çevikliyin artırılması ilə əsaslandırır. Ləğv edilən vəzifələrin funksiyalarını yerinə yetirmək üçün Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı yeni departamentlər fəaliyyətə başlayacaq. Bu şöbələrin yaradılması teatrların həm bədii keyfiyyətini qorumaq, həm də iqtisadi müstəqilliyini və tamaşaçı marağını artırmaq məqsədi daşıyır.
Demokrat.az həmin qərar nəticəsində işini itirən bəzi şəxslərin siyahısını təqdim edir.
Azərbaycan Dövlət Akademik Dram Teatrı - Bədii rəhbər, baş rejissor Mehriban Ələkbərzadə, baş rəssam Nazim Bəykişiyev
Dövlət Akademik Musiqili Teatrı - baş rejissor Cavid İmamverdiyev, baş rəssam Vüsal Rəhimov
Dövlət Akademik Rus Dram Teatrı - bədii rəhbər, baş rejissor Aleksandr Şarovski
Bakı Uşaq və Gənclər Teatrı - bəddi rəhbər İntiqam Soltan, baş rejissor İlhamə Əhmədova
Dövlət Yuğ Teatrı - baş rejissor Mikayıl Mikayılov
Dövlət Opera və Balet Teatrı - baş rejissor Hafiz Quliyev
Azərbaycan Dövlət Pantomim Teatrı - bədii rəhbər, baş rejissor Bəxtiyar Xanızadə
Azərbaycan Dövlət Kukla Teatrı - baş rejissor Anar Məmmədov, baş rəssam İqbal Əliyev, quruluşçu rejissor Müşfiq Əliyev
Bakı Bələdiyyə Teatrı - baş rejissor Mərahim Fərzəlibəyov
Şuşa Dövlət Musiqili Dram Teatrı - baş rejissor Anar Sadıqov
Ağdam Dövlət Dram Teatrı - baş rejissor Novruz Cəfərov
Füzuli Dövlət Dram Teatrı - baş rejissor Asif Şirinov
Qax Dövlət Kukla Teatrı - baş rejissor Yusif Abdurahmanov, baş rəssam Mayis Abdullayev
Salyan Dövlət Kukla Teatrı - baş rejissor Rafiq Mirzə
Gəncə Dövlət Milli Dram Teatrı - baş rejissor Elşad Əhmədli
Sumqayıt Dövlət Dram Teatrı - baş rejissor Firudin Məhərrəmov
Mingəçevir Dövlət Dram Teatrı - baş rejissor Vüsal Mehrəliyev, baş rəssam Rafael Haşımov
Şəki Dövlət Dram Teatrı - baş rejissor Mirbala Səlimli, baş rəssam Sahib Əhmədov
Lənkəran Dövlət Dram Teatrı - baş rejissor Anar Babalı
Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı - baş rejissor Mir Qabil Əkbərov
Naxçıvan Dövlət Kukla Teatrı - baş rejissor Nadir Hüseynov 
Qeyd edək ki, Azərbaycanda 30-da çox dövlət teatrı var. (yenisabah)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Yanvar 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri