Icma.az
close
up
RU
Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyində aparılan audit yoxlaması zamanı bir sıra pozuntular aşkarlanıb.
Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, auditin əhatə dairəsi məbləğ baxımından 32 milyon manatdan çox olub.
 

Audit zamanı müəyyən edilib ki, sifarişçi tərəfindən “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə riayət edilməyib.


Belə ki, “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” obyekti üzrə resurs metodu ilə hesablanmış smeta sənədlərinə bəzi işlərin vahidinin qiymətinin sistemlə müəyyənləşdirilmiş qiymətdən də yüksək qiymətlə daxil edilməsi işlərin müqavilə dəyərinin ümumilikdə 101640,53 manat artırılması ilə nəticələnib.
Eyni hal Qaradağ rayonu Sanqaçal qəsəbəsində İdman zalı və mini futbol meydançasının tikintisi zamanı da baş verib.
Qiymətlərin düzgün tətbiq edilməməsi hesabına işlərin dəyəri 92397,4 manat, Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi obyektinin smeta sənədlərinin tərtibində isə torpaq işlərində daşınma həcminin düzgün göstərilməməsi, dövlət ekspertizasından keçmiş layihə ilə müəyyənləşdirilmiş həcmlərdən artıq həcmlərin, eləcə də layihədə nəzərdə tutulmayan işlərin daxil edilməsi hesabına işlərin dəyəri 275659,3 manat artırılıb və podratçı təşkilatlara artıq ödənişlər edilib.
“Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi” obyektinin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsindən sonra dövlət ekspertizasından keçmiş layihə-smeta sənədlərində söküntü işləri nəzərdə tutulmadığı halda müqavilə və yerinə yetirilmiş işlərin qəbul aktına söküntü işlərinin daxil edilməsi işlərin dəyərinin artması və podratçıya 58275,7 manat artıq ödənilməsinə səbəb olub.
Sirişçi tərəfindən “Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi” layihəsi üzrə əvvəlcədən layihənin qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin hazırlanmaması, texniki-iqtisadi əsaslandırmaların aparılmaması və prioritetliyin düzgün seçilməməsi, sonradan layihənin prioritetliyinin itirilməsi və daha prioritet layihə kimi Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsinə səbəb olmaqla yanaşı, investisiya xərcləri üzrə 3420867,2 manat izafi xərcə yol verilməsi və obyekt üzrə 283412,4 manat dəyərində alınmış 19 AUDİTOR TRİBUNASI 2025, № 4 tikinti materialının obyektin təyinatına uyğun olmaması ilə nəticələnib.
Auditlə əhatə olunan “Olimpiya Hərəkatı və İdman Muzeyi” kimi tikintisinə başlanılmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi”, “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” və “Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” obyektlərinin smeta sənədlərində müəyyənləşdirilmiş həcmlərdən fərqli və faktiki icra edilməyən bəzi işlərin yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi tikinti normativlərinin tələblərinin gözlənilməməsi ilə yanaşı, işlərin həcminin və dəyərinin 3 obyekt üzrə ümumilikdə 757245,71 manat artırılması və podratçıya artıq ödənilməsi ilə yekunlaşıb.
 

Sifarişçi tərəfindən dövlət əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdirilmiş obyektlərdən tikintisi başa çatmış və balansa qəbul edilmiş “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” obyektinin, eləcə də İstismara razılıq Aktı mövcud olan, lakin balansa qəbul edilməmiş “Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” obyektinin audit dövrünədək fəaliyyətsiz saxlanılması dövlət əmlakından səmərəli istifadənənin təmin edilməməsi ilə yanaşı, onun idarəetmə və istifadəsində də bəzi izafi xərclərin yaranmasını şərtləndirir.


Nəzarət tədbiri ilə əhatə olunan obyektlərdən 3 obyekt üzrə qanunvericiliklə müəyyənləşdirilmiş qaydaya uyğun əsaslandırıcı sənədlər olmadan vəsaitlərin ödənilməsi hallarının olması dövlət satınalmalarını və mühasibat uçotunu tənzimləyən qanunvericiliyin tələblərinin gözlənilməməsinə səbəb olmaqla yanaşı dövlət vəsaitinin də uzun müddətli özəl qurumların istifadəsində saxlanılmasına şərait yaradıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Aprel 2026 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri