Icma.az
close
up
RU
Nazirlikdəki əməliyyatda əsas hədəf İlqar Qasımov həbs olunacaq? FOTO

Nazirlikdəki əməliyyatda əsas hədəf İlqar Qasımov həbs olunacaq? FOTO

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, dünən hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirib və 6 nəfər vəzifəli şəxs saxlanılıb. Hələlik onlardan yalnız birinin kim olduğu bəllidir. Həmin şəxs adı son günlərdə saxta setifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Rəsmi açıqlama olmadığından daha hansı vəzifəli şəxsərin saxlanıldığı bəlli deyil. Ancaq nəzər alsaq ki, hazırkı həbslər bir müddət əvvəl Baş Prokurorluq və DİN-in saxta plastik cərrahlarla bağlı araşdırması çərçivəsində baş tutub, o zaman saxlanılanlar arasında nazirlikdə və ona tabeli qurumlarda məhz bu sahəyə cavabdeh olanların, eləcə də Sertifikasiya Komissiyasının üzvlərinin ola biləcəyini ehtimal etmək mümkündür.

Bu sırada ağıla gələn ilk isim Səhiyyə nazirinin müavini İlqar Qasımovdur. Səhiyyə Nazirliyi ilə bağlı yayılan əksər qalmaqallı məsələlərdə - mübahisəli kadr təyinatları, şübhəli tender əməliyyatları və nəhayət, sertifkasiya işlərinə onun rəhbərlik etdiyi bildirilir. Ona görə də aparılan əməliyyatlarda İlqar Qasımovun kənarda qalacağı inandırıcı deyil.


Məsələ burasındadır ki, Azərbaycanda son 14 ildə müxtəlif sahələrdən olan həkimlərə plastik cərrah sertifikatının verilməsi prosedurunun necə həyata keçirilməsi müəmmalarla doludur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib (https://e-qanun.az/framework/19507). Bu qaydaların təsdiqindən sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.

Ancaq buna baxmayaraq, həmin tarixdən sonra da plastik cərrahlara Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikatlar verilməkdə davam edib. Bəzi plastik cərrahların sosial şəbəkədə paylaşdıqları sertifikatlar da bunu təsdiq edir. Maraqlıdır, 2010-cu ildə Həkimləri Təkmilləşdirmə İnstitunda plastik cərrahlar üçün kursların qadağan edilməsindən sonra Sertifikasiya Komissiyası hansı əsasla müxtəlif sahə həkimlərinə plastik cərrah sertifikatı verib? İlqar Qasımov, eləcə də digər vəzifəli şəxslər bu sertifikatları imzalayarkən, qanunvericiliyin tələblərinə əməl ediblərmi? Həmin həkimlər doğrudan da rezidentura təhsili aldıqdan sonra sertifikat əldə ediblər, yoxsa bu məsələdə də ciddi saxtakarlığa yol verilib? Bu sualların cavabı hələ də açıq qalıb.

Ancaq faktiki olaraq, son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları Səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə səbnədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib. (https://sehiyye.gov.az/nazirlik/nazirliyin-rehberliyi/qasimov-i-lqar-bulf-z-oglu/)

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümükün deyil. Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az -a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb: "İlqar müəllin heç vaxt sertifikasiya komissiyasınən sədri olmayıb. O nazir müavinidir və sertikata nazir müavini kimi qol çəkir. Seftifikatları komissiya hazırlayır, verir Səhiyyə Naziliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".



Göründüyü kimi, İlqar Qasımov nazir müavini olduqdan sonra sertifikatların hazırlanması və imzalanması birbaşa ona həvalə olunub. Amma o, nazir müavini təyin olunmazdan əvvəl də bu işlərlə məğul olub. Bu necə baş verib? Bəlli deyil. Bəlli olan isə odur ki, əgər bu istiqamətdə əməliyyatlar keçirilirsə, İlqar Qasımovun kənarda qalacağı az ehtimal olunandır.

Daha ziddiyətli bir məqam isə Komissiyanın adi ilə bağlıdır. Belə ki, Səhiyyə Nazirliyinin sayıtında sertifikasiyaya cavabdeh qurumun adı "Sertifikasiya Komissiyası" kimi gedir, verilən sertifikatlarda isə "Sertifikasiya Şurası" sözləri keçir. Bu barədə növbəti yazılarımızda.

Zaur, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri