Icma.az
close
up
RU
Nazirlikdən hamilələrə MÜHÜM ÇAĞRIŞ

Nazirlikdən hamilələrə MÜHÜM ÇAĞRIŞ

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Sfera.az məlumat verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Bəs mövsümi viruslardan qeyri-spesifik qorunma yolları nələrdir?

Mütəxəssis-ekspert bildirib ki, bunlar maska geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenasına əməl etməkdir.

Kəskin respirator infeksiyalarla bağlı risk qrupuna kimlər daxildir?

“Kiçik yaşlı uşaqlarla bərabər anadangəlmə və ya qazanılmış immunçatmazlığı, o cümlədən HİV infeksiyası olanlar, tənəffüs və digər orqan və sistemlərin digər ağır xroniki xəstəliyi, genetik və metabolik pozuntuları, məsələn, şəkərli diabeti olanlar, piylənmədən əziyyət çəkənlər, habelə hamilə qadınlar, ahıl şəxslər də xəstəliyin ağır gedişinin və fəsadlaşmasının risk qrupuna aid edilirlər”, infeksionist qeyd edib.

Hamilələrin qripə qarşı vaksinasiya olunması olduqca vacibdir

Onun sözlərinə görə, hamilələrin immuniteti orqanizmdə hamiləliklə bağlı hormonal dəyişikliklərlə əlaqədar zəifləyir: “Ona görə, hamilə qadının həm yoluxmaq riski daha yüksəkdir, həm də onlarda virus infeksiyaları daha ağır keçə bilər. Hamiləlik zamanı qriplə xəstələnmək həm ana, həm də döl üçün təhlükəlidir. Ən ağır fəsadlar düşük və vaxtından qabaq doğuşdur. Hətta ananın xəstəliyi yüngül keçirməsinə baxmayaraq, dölün inkişaf qüsurları, bir çox orqanlarının ağır dərəcəli zədələnmələri, bəzən bətndaxili ölüm baş verə bilər. Bu nəticələrin qarşısının alınması üçün hamilə qadının qripə qarşı vaksinasiya olunması olduqca vacibdir”.

Qrip və digər kəskin respirator infeksiyalar hansı ağırlaşmalar yarada bilir?

Nazirliyin mütəxəssis-ekspert qeyd edib ki, məhz risk qrupuna daxil olan şəxslərdə pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalitlər, miokardit, 3 yaşından kiçik uşaqlarda yalançı larinqotraxeit və başqa ağırlaşmalar rast gəlir: “Qrip və kəskin respirator virus infeksiyaları əsasən hava-damcı üsulu ilə yayılır və yoluxma halları daha çox insanların çoxsaylı təmasları olan məkanlarda baş verir. Bundan əlavə, yoluxmanın risk qrupuna xidmət sahəsi, nəqliyyat işçiləri, təhsil müəssisələrinin əməkdaşları, hamilə qadınlar, məktəblilər, immundefisitli şəxslər və digərləri aiddir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri