Nazirlikdən müəllim və repetitorlarla bağlı səs küylü TƏKLİF
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Elm və Təhsil Nazirliyi yaxın günlərdə repetitorlarla bağlı təkliflərlə çıxış edəcək. Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin ötən həftəki plenar iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir müavini qeyd edib ki, bundan əlavə, müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına uyğunlaşdırılması kimi məsələləri həll etmək üçün təkliflər də mövcuddur.
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, repetitorlarla bağlı müəyyən təkliflər əsasən onların sayının müəyyən qədər azaldılmasına yönəlib.
“Hesab edirəm ki, hazırda ilk növbədə adambaşına maliyyələşmə mexanizminin tətbiqi, o cümlədən əməkhaqqının konkret dərs saatına görə deyil, iş saatına əsasən müəyyənləşdirilməsi məsələsi bu prosesin yalnız görünən tərəfidir. Çünki adambaşına maliyyələşmə mexanizmi tətbiq olunduqda, müəllimlərə daha yüksək əməkhaqqı verilməsi və iş saatına görə maaş hesablanması onların məktəbdə, məsələn, saat 17:00-18:00-a qədər qalmasını tələb edəcək. Bu da öz növbəsində repetitorluq fəaliyyətinin müəyyən qədər qarşısını ala bilər”.
Ekspert həmçinin vurğulayıb ki, ümumilikdə repetitorluq fəaliyyətini tamamilə aradan qaldırmaq mümkün deyil:
“Bunun üçün daha radikal, sistemli və sərt qərarların qəbuluna ehtiyac var. Ümumilikdə isə, Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlər, eləcə də irəli sürülən təkliflər onu göstərir ki, repetitorluqla bağlı problemin müəyyən qədər həllinə yönəlmiş addımlar atılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 01 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















