Nazirlikdən mühüm addım: qarlı hava ilə bağlı tapşırıq verildi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Qarlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.
FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən soyuq və qarlı hava şəraitində dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti olaraq qarlı və dumanlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarışını apararaq meşənin dərinliklərində yerini müəyyən edib, xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə “xilas edərək” təhlükəsiz əraziyə “təxliyəsini” təmin ediblər.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 18 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















