Icma.az
close
up
RU
Nazirlikdən qəzalı məktəb ilə bağlı açıqlama

Nazirlikdən qəzalı məktəb ilə bağlı açıqlama

Azpost saytına istinadən Icma.az xəbər verir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qumlaq kəndindəki qəzalı məktəb ilə bağlı mediada yayımlanan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib.

Regional idarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.

“Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edirik ki, Oğuz rayonunun şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinin yalnız idman zalının yerləşdiyi binanın fasadına vurulmuş üzlük daşlarının bir hissəsi tökülüb. Qəzalı məktəb və onun təmiri məqsədilə aidiyyəti üzrə müraciət edilib”.

Bildirilib ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Xatırladaq ki, mətbuatda məktəblə bağlı məlumat verilmişdi. Bildirildi ki, illərdir ölkəmizdə yeni və müasir məktəb binaları tikilir. Ancaq elə məktəblər var ki, həmin təhsil ocaqlarında oxuyan şagirdlərin valideynləri narahatlıq hissi keçirirlər.

Belə məktəblərdən biri də Oğuz rayonunun 2015-ci ildə inşa edilən Qumlaq kənd tam orta məktəbidir. Belə ki, 10 il əvvəl tikilən məktəbin fasadı artıq dağılmaqdadır.

“Məktəbin giriş hissəsi yaxşı vəziyyətdədir. Amma arxa tərəfin aqlay daşları uçub tökülür. İçəri də yaxşı halda deyil. Tavandan su damır, döşəmə də bərbad vəziyyətdədir”, – deyə kənd sakini Mərdan Abdullayev narazılıq edib.

Valideynlər uşaqlarını məktəbə göndərməyə qorxduqlarını söyləyirlər.

“İki nəvəm bu məktəbdə oxuyur. Onları dərsə göndərməkdən qorxuram. Həyətdə oynayanda başlarına daş uçub tökülər, bədbəxt hadisə baş verər”, – deyə Məhəmmədiyə Xəlilov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Yanvar 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri